Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib
# 16 sentyabr 2013 07:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 376 bəndədək, S&P 500 0,3% - 1 688 bəndədək, Nasdaq 0,2% - 3 722 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin artması makroiqtisadi statistika fonunda baş verib. Belə ki, avqust ayında pərakəndə ticarət dövriyyəsi 0,2% artıb, istehsalçı qiymətləri aylıq müqayisədə 0,3%, illik müqayisədə 1,4% artıb.

Avropa fond bazarlarında sentyabrın 13-də FTSE 100 indeksi 0,1% - 6 584 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 8 509 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 115 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 308,6 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3294 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR