İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək
# 26 oktyabr 2013 11:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd noyabrın 1-də İstanbul şəhərində keçirilməsi planlaşdırılan “Paguaş” beynəlxalq konfransında iştirak etməkdir.

M. Zərif konfransda nüvə tərksilahı və beynəlxalq təhlükəsizlik haqda çıxış edəcək.

İran XİN rəhbəri səfər çərçivəsində İstanbulda Türkiyə prezidenti Abdullah Gül, Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşərək fikir mübadiləsi aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR