Dünya Balıqçılıq Təsərrüfatı Komitəsi qanunsuz və tənzimlənməyən balıq ovunun əleyhinədir - FOTO

Dünya Balıqçılıq Təsərrüfatı Komitəsi qanunsuz və tənzimlənməyən balıq ovunun əleyhinədir - <span style="color: red;">FOTO
# 17 iyun 2014 13:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İtaliyanın Roma şəhərində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında Balıqçılıq Təsərrüfatı Komitəsinin (COFİ) 31-ci sessiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sessiyada Azərbaycanı nazir müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Balıqçılığın vəziyyəti və inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə məsuliyyətli balıqçılıq kodeksinə uyğun beynəlxalq fəaliyyət planları və strategiyaları, kiçik miqyaslı balıqçılıq təsərrüfatlarının davamlı inkişafı üçün beynəlxalq qaydalar, qanunsuz, məlumatlandırılmayan və tənzimlənməyən balıq ovu üzrə məsələlər müzakirəyə çıxarılıb. Sessiyanın işində məlumatlandırılmayan və tənzimlənməyən balıq ovunun qarşısının alınması, balıqçılıq təsərrüfatlarının davamlı idarə edilməsi, sağlam və məhsuldar ekosistemlərin qorunmasına mənfi təsir göstərən amillər, dünyada balıqçılığın inkişafına təsir edən qlobal və regional proseslər, akvakultura təsərrüfatlarının davamlı inkişafına yönəldiləcək kiçik həcmli layihələrin maliyyələşdirilməsi barədə fikir mübadiləsi aparılıb, balıq ticarəti və akvakultura üzrə Balıqçılıq Təsərrüfatı Komitəsinin alt komitələri səviyyəsində qərarlar qəbul edilib.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş Direktoru Joze Qrasianu da Silva qəbul edib. Görüşdə Mərkəzi Asiya və Qafqaz regionunda, o cümlədən Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakulturanın vəziyyəti müzakirə olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə ölkələr arası regional əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR