Azərbaycanın müdafiə naziri Maddi Texniki Təminat Baş İdarəsinin inzibati binasının açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri Maddi Texniki Təminat Baş İdarəsinin inzibati binasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 18 yanvar 2014 13:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Nazirliyin Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılışında iştirak ediblər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi binada yerləşən idarə, şöbə, xidmət və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olub, şəxsi heyətin iş yerlərindəki şəraitini öyrənib.

Məlumat verilib ki, sahəsi 3 hektar ərazini əhatə edən inzibati binanın təmirinə 2013-cü ilin noyabr ayında başlanılıb. Ümumi sahəsi 3 090 kv. metr olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib və binada mərkəzləşdirilmiş istilik sistemi qurulub. Bundan əlavə ərazidə müasir tələblərə cavab verən yeməkxana da istifadəyə verilib.

Binanın açılışı və ərazi ilə tanışlıqdan sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib. Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR