Sudanda neft yatağında silahlılar 2 mühafizəçini qətlə yetirərək 2 əcnəbini girov aparıblar

Sudanda neft yatağında silahlılar 2 mühafizəçini qətlə yetirərək  2 əcnəbini girov aparıblar
# 20 aprel 2014 04:22 (UTC +04:00)

Bakı-APA. Sudanda silahlılar Qərbi Kordofan əyalətində yerləşən neft yatağına hücum edərək 2 mühafizəçini qətlə yetiriblər. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, silahlılar yataqda çalışan 2 əcnəbi – Çin və Əlcəzair vətəndaşlarını və bir yerli sakini girov aparıblar.

Qərbi Kordofan əyalətində zəngin neft yataqları işlənir və silahlılar “xarici ekspansiya”nın qarşısını almaq məqsədilə mütəmadi olaraq bura bölgəyə hücumlar törədirlər. Lakin bölgənin əsas üsyançı qruplaşması - “Ədalət və bərabərlik naminə hərəkat” təşkilatı insidentlə bağlılığını təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR