Bu il Azərbaycanda təbiəti mühafizə qanunvericiliyini pozanlara qarşı 2,7 mln. manat cərimə tətbiq olunub

Bu il Azərbaycanda təbiəti mühafizə qanunvericiliyini pozanlara qarşı 2,7 mln. manat cərimə tətbiq olunub
# 31 iyul 2013 14:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslərə və vətəndaşlara 2,7 mln. manat məbləğində cərimə tətbiq olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2013-cü ilin yanvar-iyun aylarında 899 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər 8 müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinə ilə əhatə olunmuş hər 14 müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

«Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən yarım ildə inzibati məsuliyyətə cəlb olunmuş 356 nəfər vəzifəli şəxslərə və vətəndaşlara 2,7 mln. manat məbləğində cərimə tətbiq olunub. Bundan başqa, 224 iddia qaldırılıb və onlara əsasən 2,1 mln. manat həcmində cərimə ödənilib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR