ABŞ dövlət katibinin köməkçisi Avropa Birliyinin ünvanına səsləndirdiyi qeyri-etik ifadəyə görə üzr istəyib

ABŞ dövlət katibinin köməkçisi Avropa Birliyinin ünvanına səsləndirdiyi qeyri-etik ifadəyə görə üzr istəyib
# 07 fevral 2014 07:55 (UTC +04:00)

Bakı – APA. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Avropa Birliyinin ünvanına səsləndirdiyi qeyri-etik ifadəyə görə avropalı diplomatlardan üzr istəyib.

APA-nın məlumatına görə, bu barədə “Frans Press”in yaydığı xəbərdə bildirilir.

Qeyd edək ki, dünən “Youtube”də V.Nulandın ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payetlə telefon danışığının audioyazısı yerləşdirilib. Ukraynadakı böhranla bağlı aparılan söhbət zamanı V.Nuland Avropa Birliyinin addımlarını tənqid edib və qurumun ünvanına qeyri-etik ifadə işlədib.

ABŞ Dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, V.Nuland Avropa Birliyindəki həmkarları ilə əlaqə saxlayıb və onlardan üzr istəyib. Bununla belə C.Psaki internetdə peyda olan audioyazının orijinal olub-olmamasına dair sualı cavablandırmaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR