AMEA Rəyasət Heyətində 15 iyun Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

AMEA Rəyasət Heyətində 15 iyun Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 14 iyun 2013 10:23 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 15 iyun Azərbaycan xalqı üçün şərəfli bayram günüdür. O qeyd edib ki, 20 il bundan öncə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə inkişafa nail olunub: “Azərbaycanda Milli Qurtuluş Günü 1997-ci ildən qeyd olunur. 1998-ci ildən bu bayrama dövlət statusu verilib”.

Vitse-prezident bildirib ki, Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik tarixində elmin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti sayəsində AMEA Azərbaycan xalqının intellektual sərvəti kimi qorunub, saxlanılıb və səlahiyyətləri xeyli artırılıb: “Bundan əlavə, Azərbaycan Elmlər Akademiyasına Heydər Əliyev tərəfindən “Milli” statusu verilib”.

İ. Həbibbəyli daha sonra onu da qeyd edib ki, akademik Akif Əlizadə AMEA-ya rəhbərlik etdikdən sonra akademiyada müsbət dəyişikliklər baş verib.

AMEA-nın vitse-prezidenti onu da qeyd edib ki, bu il ölkədə keçiriləcək prezident seçkilərində akademiya üzvlərinin hamısı prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

Tədbirdə həmçinin, akademiklər Teymur Bünyadov, Maqsud Əliyev, AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Ramiz Məmmədov və digərləri çıxış edərək Heydər Əliyevin ölkə, o cümlədən Azərbaycan elmi üçün xidmətlərindən bəhs ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR