Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki-Humanitar Liseydə şagird və valideynlərin aksiyası ilə bağlı açıqlama yayıb - VİDEO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki-Humanitar Liseydə şagird və valideynlərin aksiyası ilə bağlı açıqlama yayıb - <span style="color: red;">VİDEO
# 20 may 2014 06:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki-Humanitar Liseydə keçirilən şagird və valideynlərin aksiyası ilə bağlı açıqlama yayıb. BŞTİ-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, Texniki humanitar liseydə təhsil alanların valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub. Bununla bağlı valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Razılığa gəlinib ki, monitorinqin suallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR