Həbsxanaya qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Həbsxanaya qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 30 aprel 2014 14:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həbsxanaya qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 305; 221.2.1; 234.3; 234.4.3; 228.4; 182.3.2, 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun corabının içərisindən 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş mikrosxem, 1 ədəd “Azercell” və 2 ədəd “Bakcell” danışıq kartları, 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının uc hissəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR