Azərbaycanda ötən il avtomobillərin icbari sığortası üzrə aparılan ödənişlərin orta məbləği 1 348 manat olub

Azərbaycanda ötən il avtomobillərin icbari sığortası üzrə aparılan ödənişlərin orta məbləği 1 348 manat olub
# 09 yanvar 2014 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən həyata keçirilmiş sığorta ödənişlərinin 23,4 mln. manatadək hissəsi nəqliyyat vasitələrinə dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı olub.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, göstərilən dövrdə avtomobillərə dəymiş zərərə görə həyata keçirilmiş sığorta ödənişlərinin orta məbləği 1 348 manat olub.

Nəqliyyat vasitələrinə dəyən zərərə görə həyata keçirilmiş sığorta ödənişlərinin 58%-ni 1000 manatadək, 30%-ni 1000 manatdan 3000 manatadək, 12%-ni isə 3000 manatdan 5000 manatadək məbləğdə olan ödənişlər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR