Milli Şuranın üzvləri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər - FOTO

Milli Şuranın üzvləri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər - <span style="color: red;">FOTO
# 31 yanvar 2014 11:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Milli Şuranın üzvləri Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP-nin sədri Əli Kərimli, KXCP-nin sədri Mirmahmud Mirəlioğlu çıxış edərək Rəsulzadənin həyatı, siyasi mübarizəsi haqqında fikirlərini bildiriblər.

Rəsulzadənin Novxanı kəndindəki qəbiristanlıqda dəfn olunan ailə üzvlərinin məzarları da ziyarət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR