Sumqayıtda piyadanı vuraraq öldürən avtomobil ağaca çırpılıb

Sumqayıtda piyadanı vuraraq öldürən avtomobil ağaca çırpılıb
# 14 yanvar 2014 09:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda ağır yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 13-də saat 22 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini Rəşad Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Xanım Həsənovanı vurub. Daha sonra idarəetməni itirən avtomobili yolun kənarındakı ağaca çırpılıb. Nəticədə X. Həsənova hadisə yerində ölüb, R. Babayev xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR