Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası Sədrlər Şurasının iclası keçirilib - VİDEO

Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası Sədrlər Şurasının iclası keçirilib - <span style="color: red;">VİDEO
# 01 fevral 2014 13:36 (UTC +04:00)

Bakı – APA. Ötən gün Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası (THİK) Sədrlər Şurasının səyyar iclası keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev iki ölkənin həmkarlar ittifaqları konfederasiyası arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

APA-nın məlumatına görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk olaraq Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Hazırda bu əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Belə ki, bir sıra beynəlxalq təşkilatda təmsil olunan bu qurumlar bir-birinə dəstək verir. «Hələ 1994-cü ildə «Əsrin müqaviləsi» imzalanan zaman Rusiya Azərbaycana təzyiq edirdi ki, neft kəməri bu ölkənin ərazisindən keçsin. Lakin Azərbaycanın yenicə müstəqillik əldə etdiyi, dövlətimizin hələ güclü olmadığı bir vaxtda Heydər Əliyev qərar qəbul etdi ki, neft məhz Türkiyə vasitəsilə Avropaya çatdırılmalıdır. Bu proses Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində də davam etdirilib. Sonradan prezident İlham Əilyev İzmirdə 20-dən artıq dövlətlərarası sənəd imzaladı. Bununla «Şahdəniz-2» layihəsi çərçivəsində Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya çatdırılacaq. Layihənin icrası zamanı 30 mindən artıq yeni iş yeri açılacaq. Bu layihələrin icrası yeni iş yerlərinin açılması və əhalinin sosial rifah halının yüksəlməsilə nəticələnəcək», - deyə S.Mehbalıyev qeyd edib.

AHİK sədrinin bildirdiyinə görə, Türkiyə iş adamları Azərbaycanda 65 mlrd. dollar sərmayə yatırıblar ki, nəticədə 25 min yeni iş yeri açılıb. Azərbaycanın isə Türkiyədə 850 özəl şirkəti fəaliyyət göstərir və bu şirkətlər 4,8 mlrd. dollar vəsait yönəldib. ARDNŞ İzmirdə yeni neft emalı zavodunun tikintisinə 5,5 mlrd. vəsait ayırıb. Bu layihələr çərçivəsində 1 mindən artıq Türkiyə vətəndaşı işlə təmin olunacaq: «Azərbaycanın inkişafı Türkiyənin inkişafıdır. Bunu nəzərə alan THİK daim Azərbaycana dəstək verir. Konkret olaraq 2012-ci ildə Taksim meydanında təşkil olunan Xocalı yürüşündə Konfederasiya böyük fəallıq nümayiş etdirib».

AHİK sədri onu da vurğulayıb ki, son vaxtlar ayrı-ayrı sahə hənkarlar təşkilatları arasında münasibətlər nisbətən zəifləyib: «Hesab edirəm ki, əməkdaşlığımız mümkün qədər inkişaf etrdirilməlidir, Beynəlxalq Həmkarlar Təşkilatında bir-birimizə dəstək olmalıyıq. Başqa çıxış yolumuz yoxdur».

THİK-in sədri Ərgün Atalay isə qeyd edib ki, fəaliyyət göstərdikləri 61 il ərzində iki dəfə xarici ölkədə tədbir keçiriblər ki, bunun da hər ikisi Azərbaycanda baş tutub. Bu, Azərbaycanla Türkiyə arasında illərlə davam edən qardaşlıq münasibətinin bariz nümunəsidir.

Giriş nitqindən sonra THİK sədri Ə.Atalay AHİK-in təsis etdiyi «Döş nişanı» ilə təltif olunub. Bu nişan həmkarlar ittifaqları təşkilatlarının inkişafında xüsusi əməyi olan şəxslərə təqdim olunur.

Sonra səyyar iclas THİK-in 35 üzv təşkilatının sədrləri və sədr müavinlərinin iştirakı ilə davam etdirilib. İclasda ötən dövr ərzində görülən işlərin hesabatı dinlənilib, qarşıda duran fəaliyyət planı müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR