Azərbaycan Beynəlxalq Bankı “Pensiya əmanəti” təklif edir

Azərbaycan Beynəlxalq Bankı “Pensiya əmanəti” təklif edir
# 22 noyabr 2013 14:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı fərdi pensiya yığımları üçün “Pensiya əmanəti” yeni məhsulu təklif edir.

APA-Economics”in xəbərinə görə, bu barədə Bankın Pərakəndə biznesi departamentinin direktoru Elmir Həbibullayev məlum verib.

Onun sözlərinə görə, “Pensiya əmanəti” ən azı 15 il müddətinə nəzərdə tutulan yığım xarakterli bir əmanət növüdür. Bildirilir ki, 15 il müddəti olanda bu növ üzrə yığımlar 2 dəfə artır. Məsələn, hər ay 100 manat ayrılanda 15 ildən sonra yığımın həcmi 18 min manat təşkil edir və bu məbləğə Bank tərəfindən 18 107 manat əlavə hesablanır. Əgər əmanət 32 il müddətinə açılırsa, yığımların həcmi 5 dəfə artır.

Bu əmanətin üstünlüklərindən biri də odur ki, əmanətçi vəfat etdiyi halda, bütün ayırmalar və hesablanmış faizlər tam həcmdə miras kimi varislərinə ötürülür. Əmanət üzrə müddət başa çatandan sonra əmanətçi yığılan vəsaitləri həm geri götürə, həm də əmanəti saxlaya bilər.

“Pensiya əmanəti” üzrə müqavilənin vaxtından əvvəl xitam verildiyi halda, əmanətçi bütün ayırmaların həcmini tam şəkildə alır və bu halda hesablanan faizlər tam həcminin 75%-ə qədərini təşkil edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR