Biləsuvarda fərdi evdə yanğın olub

Biləsuvarda fərdi evdə yanğın olub
# 05 oktyabr 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Biləsuvar rayonunda fərdi evdə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 8 kilometr aralıda yerləşən Çaylı kəndində qeydə alınıb.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 1 mərtəbəli 1 otaqlı evin qamış konstruksiyalardan ibarət tavanı və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR