İran müxalifətinin ev dustaqlığında saxlanılan lideri xəstəxanaya qaldırılıb

İran müxalifətinin ev dustaqlığında saxlanılan lideri xəstəxanaya qaldırılıb
# 29 aprel 2014 23:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin səhhətində problem yaranıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə onun müşaviri Ərdəşir Əmir Ərcümənd açıqlama verib. Onun sözlərinə görə, Musəvi ürəyindəki qəfil ağrıya görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehrandakı xəstəxanalarından birinə köçürülüb.

Qeyd edək ki, Musəvi davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR