Eldəniz Quliyev: “Bəlkə Müsavat Milli Şuradan getsə, Milli Şura daha sağlam olar”

Eldəniz Quliyev: “Bəlkə Müsavat Milli Şuradan getsə, Milli Şura daha sağlam olar”
# 28 dekabr 2013 14:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən Milli Şuradan getməmişəm, sadəcə, bəzi məsələlərə aydınlıq gətirilməlidir”.

Bunu APA-ya açıqlamasında El Hərəkatı Ali Məclsinin sədri Eldəniz Quliyev deyib.

E. Quliyev hesab edir ki, nəyin bahasına olursa olsun, Milli Şuranı parçalamağa qoymaq olmaz: “Getmək haqqında anons verirəmsə, bu, Milli Şuranı parçalamaq istəyənlər üçün bir anonsdur. Qərarımı Milli Şuranın sessiyasında verəcəm”.

Müsavat Partiyasının siyasi oyun oynadığını bildirən E. Quliyev deyib ki, əgər siyasət çirkin şeydirsə, bu, o demək deyil ki, elə həmişə çirkin oyun oynayasan: “Bir az səmimi olmaq lazımdır. Mən indi Müsavat Partiyasını da qınamıram, onların öz partiya maraqları var. Ancaq korporativ maraqlar həmişə hər şeydən üstün tutulmamalıdır. Siyasətdə praqmatizm sinizmlə əvəz olunmamalıdır. Elə şeylər var ki, deyəndə, pis oğlan olursan partiya robortlarını da adamın üstünə salırlar”.

Milli Şuranı süquta uğratmaq sifarişi olduğunu qeyd edən E. Quliyev Müsavat Partiyasının hazırda bilərəkdən, yaxud bilməyərəkdən buna dəstək verdiyini vurğulayıb: “Hər halda istəmirik ki, Milli Şura zəifləsin. Müsavat Partiyasının timsalında bir siyasi gücün Milli Şuradan getməsi qurumun zəifləməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bəlkə də Müsavat Partiyası Milli Şuradan getsə, Milli Şura daha sağlam ola bilər. Bunu da fikirləşməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR