Gədəbəydə baş verən avtomobil qəzasında 9 yaşlı uşaq ölüb

Gədəbəydə baş verən avtomobil qəzasında 9 yaşlı uşaq ölüb
# 31 yanvar 2014 13:54 (UTC +04:00)

Gədəbəy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 30-da saat 17 radələrində rayonun Novo-Saratovka kəndinin ərazisində baş verib.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Sevinc Allahverdiyeva aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb. V.Məmmədov isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb yolun qarlı və sürüşkən olması olub.

Faktla bağlı Gədəbəy rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR