Bakıda “Gənclərin məşğulluğu və Həmkarlar ittifaqlarına cəlbi” mövzusunda beynəlxalq konfrans keçirilir - APA TV

Bakıda “Gənclərin məşğulluğu və Həmkarlar ittifaqlarına cəlbi” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">APA TV
# 27 avqust 2013 09:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu və Həmkarlar ittifaqlarına cəlbi” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda çıxış edən (AHİK) sədri Səttar Mehbalıyev tədbirin əhəmiyyətini vurğulayaraq, dünyada gənclərin işsizlik səviyyəsi və bunu yaradan səbəblər haqqında danışıb. S. Mehbalıyev qeyd edib ki, Azərbaycan əhalisinin 37 faizini gənclər təşkil edir. Azərbaycanda gənclərin məşğulluğu ilə bağlı dövlət proqramı qəbul edilib və proqrama əsasən bölgələrdə gənclər mərkəzləri tikilib, istifadəyə verilib. Gənclərin sağlamlığı ilə əlaqədar bölgələrin 80 faizində milli komitələr fəaliyyət göstərir. Ölkə prezidenti tapşırığı ilə gənclərin xaricdə təhsili ilə bağlı işlər görülür və kadrların hazırlanması üçün gənclər Avropa ölkələrinə göndərilir. Çalışırıq ki, gənclərimiz Avropa təcrübəsindən yararlana bilsinlər”.

S. Mehbalıyev Azərbaycanda tələbat olan sahələrə kadrların hazırlanmasına böyük ehtiyac olduğunu da qeyd edib: “Azərbaycan və MDB ölkələri bazar iqtisadiyyatına keçdiklərindən bazarda hansı sahəyə ehtiyac olduğunu öyrənərək, kadrları hazırlamaq lazımdır. Azərbaycanda peşə məktəbləri yenidən qurulur. Gənclərə innovasiya və texnologiyalardan istifadə etmək üçün peşə məktəblərində tam şərait yaradılır.

Gənclərlə daim iş görülür. Hər il minlərlə gəncin təhsilini davam etdirməsi üçün təhsil haqqı konfederasiya tərəfindən ödənilir”.

PARŞ-ın icraçı katibi Qreqor Qradev gənclərin həmkarlar ittifaqlarına cəlb edilməsi tendensiyaları mövzusunda çıxış edib. O, Həmkarlar İttifaqı siyasətinin formalaşmasında gənclərin əsas amil olduğunu vurğulayıb.

Sonra MDB ölkələrinin milli həmkarlar ittifaqlarının liderləri müxtəlif mövzularda müzakirələr aparıblar.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR