Nabranda dəmiryolçuların idman spartakiadasına start verilib - FOTO

Nabranda dəmiryolçuların idman spartakiadasına start verilib - <span style="color: red;">FOTO
# 07 sentyabr 2013 15:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC-də bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsi, dəmiryolçularının bu sahədəki fəaliyyətlərinin canlandırılması, onların sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunmaları məqsədi ilə bu gün sentyabrın 7-də Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində növbəti idman spartakiadasına start verilib.

Bu barədə “APA-Economics”ə cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Hazırda “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzində 8 idman növü, o cümlədən voleybol, futbol, stolüstü tennis, komandan ox atma, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 2 000 nəfərdən çox dəmiryolçu-idmançı məşğul olur.

Qeyd edək ki, hər il 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Budəfəki yarışların bir hissəsi Nabran qəsəbəsində «Lokomotiv» İstirahət Mərkəzində reallaşır. Sərnişin daşımaları, İnfrastruktur və Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentlərinin, YD-nin yük daşımaları, lokomotiv və vaqon təsərrüfatlarının komandaları idmanın voleybol, mini-futbol, stolüstü tennis və nərd yarışlarında mübarizəyə qatılıblar. Dəmiryolçuların idman spartakiadası bir həftə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR