Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
# 29 sentyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Sentyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK)
Növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Demokratik Qüvvələrin Milli şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri, Azərbaycan Demokrat, Milli Dirçəliş Hərəkatı və Ümid partiyalarından seçkilərdə vəkil edilmiş şəxslərin qeydiyyatı
məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova komissiyaya həmin şəxslərlə bağlı təqdim olunan
sənədlər haqqında məlumat verdikdən sonra müvafiq qərarlar qəbul olunub.

Daha sonra MSK-ya daxil olmuş mÜraciətlərə baxılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentliyinə seçkilər oktyabrın
9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR