FHN-in Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi təhsil müəssisəsində maarifləndirmə tədbiri keçirib - VİDEO

FHN-in Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi təhsil müəssisəsində maarifləndirmə tədbiri keçirib - <span style="color: red;">VİDEO
# 27 noyabr 2013 11:00 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsi Şirvan Türk liseyində “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli?” və “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzularında maarifləndirmə tədbiri keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə maarifləndirmə çıxışları olub. Çıxışlardan sonra müəllim və şagirdlərə əyani təlimlər keçirilib. Təlimdə iştirak edən müəllim və şagirdlərə yanğın zamanı yanğınsöndürən balonlardan istifadə qaydaları izah olunub. Təlimdə FHN-in Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin məsul şəxsləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR