Azərbaycan prezidenti Ukrayna baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Ukrayna baş naziri ilə görüşüb
# 18 noyabr 2013 16:33 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub, bütün istiqamətlərdə səmərəli qarşılıqlı fəaliyyətin mövcudluğu vurğulanıb. Birgə layihələrin müzakirəsinin ticarət dövriyyəsinin genişlənməsi baxımından əhəmiyyətinin qeyd edildiyi görüşdə bu sahədə yaxşı perspektivlərin olduğu bildirilib. Azərbaycan məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna bazarına çıxarılması, taxılçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

Ölkələrin tikinti sektorunda yaxşı perspektivlərin olduğu bildirilən görüşdə sənaye, infrastruktur sahələrində də əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynada uğurlu fəaliyyətindən məmnunluq bildirilib.

Ukraynaya Azərbaycan investisiyalarının qoyulması sahəsində imkanların araşdırılmasının mümkünlüyü qeyd edilib.

Görüşdə Azərbaycanla Ukrayna arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR