Əbülfəs Qarayev Fransanın mədəniyyət və kommunikasiyalar naziri ilə görüşüb - FOTO

Əbülfəs Qarayev Fransanın mədəniyyət və kommunikasiyalar naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 28 fevral 2014 11:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 27-də Fransanın mədəniyyət və kommunikasiyalar naziri Aureli Filippetti ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri geniş müzakirə olunub.

Ə. Qarayev Fransanın böyük təcrübəsi olan mədəni irsin qorunması, kinematoqrafiya və ədəbiyyat sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini, Azərbaycanın Fransada və Fransanın Azərbaycanda mədəniyyət ilinin, yaxud mövsümünün keçirilməsini təklif edib.

Bakıda keçirilən beynəlxalq teatr konfranslarını qeyd edən nazir iki ölkə arasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi təklifini irəli sürüb. Nazir 2015-ci ildə bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Fransanın iştirakının vacib olduğunu bildirib və bununla əlaqədar xanım Filippettini forumda iştirak üçün Bakıya dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR