Ukrayna Ali Radası ölkədə antiterror əməliyyatının aparılmasına qadağa qoyub - VİDEO

Ukrayna Ali Radası ölkədə antiterror əməliyyatının aparılmasına qadağa qoyub - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 22:49 (UTC +04:00)

Bakı-APA. Ukrayna Ali Radası insanların ölümü ilə nəticələnən silahlı əməliyyatı pisləyib və ölkədə Ukrayna Təhlükəsizlik Xidmətinin elan etdiyi antiterror əməliyyatının aparılmasına qadağa qoyub.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qeyd olunan qətnamənin qəbul olunmasına sessiya zalında qeydə alınmış 238 deputatdan 236-sı səs verib.

Ali Rada həmçinin ölkənin dinc vətəndaşlarına qarşı güc istifadə edilməsini, insanlığa qarşı cinayətləri və işgəncələri qəti pisləyib.

Parlamentin qətnaməsində deyilir ki, Ukrayna Təhlükəsizlik Xidməti, DİN və başqa hərbiləşdirilmiş qurumlar ölkə vətəndaşlarına qarşı güc istifadə edilməsinə dərhal son qoymalıdırlar.

Parlament həmçinin bütün güc strukturlarının daimi dislokasiya olunduqları yerlərə qaytarılmasına dair qətnamə qəbul edib.

Ali Rada Təhlükəsizlik Xidməti və Antiterror Mərkəzi tərəfindən bir müddət öncə elan olunan antiterror əməliyyatının aparılmasına qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR