Azərbaycanda hər il İİV-ə yoluxmada artım baş verir - FOTO

Azərbaycanda hər il İİV-ə yoluxmada artım baş verir - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 11:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə universitetin tələbələri ilə İİV virusunun mövcud vəziyyəti, ona yoluxmanın qarşısının alınması istiqamətində görülən işlər və digər məsələlər barədə ətraflı diskussiya aparılıb.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib ki, mərkəz 22-29 noyabr tarixlərində Avropanın bütün ölkələrində ilk dəfə keçiriləcək “İİV müüayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub. Onun sözlərinə görə, ölkənin bir sıra ali və təhsil müəssisələrində, ticarət, ictimai nəqliyyat və digər obyektlərində keçirilən aksiyalarda arzu edənlər İİV-lə bağlı testdən keçirilir: “Aparılan testlər zamanı yoluxma halları aşkarlanmayıb. Lakin belə hallar mövcuddur. Seksual aktiv yaş dövründə danışsaq da, danışmasaq da gənclərdə cinsi kontaktlar baş verəcək. Bu yoluxma halları da qoruyucu vasitələrdən istifadə edilməmiş cinsi kontaktlar vasitəsilə baş verir. Ona görə də gənclər bu və ya digər məsələlərə ciddi fikir verməlidirlər”.

E.Alməmmədova qeyd edib ki, Cənub bölgəsində-Astara, Lənkəran və Masallı rayonlarında aparılan aksiyalar zamanı ümumilikdə 800 nəfərdən çox insan müayinədən keçib. Bu regionun yoluxmaya həssas ərazi olduğunu deyən mərkəz direktorunun sözlərinə görə, aparılan testlər nəticəsində həmin ərazidə də yoluxma halları qeydə alınmayıb: “Müqayisə üçün deyim ki, 2012-ci ildə yarım milyondan artıq insanın müayinədən keçməsi nəticəsində 517 nəfərdə yoluxma halı aşkar olunmuşdu. Azərbaycan İİV-ə yoluxma səviyyəsi yüksək olmayan ölkələr sırasındadır. Lakin az da olsa hər il ölkədə İİV-ə yoluxmada artım baş verir”.

Tədbirin davam mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif çıxışlar dilənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR