Bakıda "Tullantıdan incəsənətə" adlı layihənin təqdimatı olub - FOTO

Bakıda "Tullantıdan incəsənətə" adlı layihənin təqdimatı olub - <span style="color: red;">FOTO
# 16 dekabr 2013 20:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün IDEA İctimai Birliyi və "YARAT" Müasir İncəsənət Məkanı "Tullantıdan incəsənətə" adlı müştərək layihəni təqdim edib. APA-nın məlumatına görə, plastik qablardan hazırlanmış şam ağacının ərsəyə gəlməsi üçün Bakıdan üç mindən çox plastik qab toplanıb. Dekorativ şam ağacını ingiltərəli mütəxəssislər Nikolas Bleyk və Qlendol Maykl Keysi qurub. Layihə könüllülərin iştirakı ilə həyata keçirilib.

Təşkilatçılar bildiriblər ki, hündürlüyü 7 metr, diametri 4,2 metr olan sənət nümunəsi Yeni il ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə zərər vermədən alternativ yollardan istifadə etməklə süni şam ağacları əldə etməyin mümkünlüyünü göstərir.


Qeyd edək ki, Nikolas Bleyk və Qlendol Maykl Keysinin ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR