Çilidə baş verən güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, okeanda sunami yaranıb

Çilidə baş verən güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, okeanda sunami yaranıb
# 02 aprel 2014 07:06 (UTC +04:00)

Təkanlar Qrinviç üzrə saat 23:46-da qeydə alınıb.

İlkin məlumatlara əsasən zəlzələ nəticəsində 5 nəfər – 4 kişi və 1 qadın ölüb. Ölənlərdən 3-ü dağıntılar altında qalıb, 2-si isə infarkt nəticəsində dünyasını dəyişib.

Təkanlar nəticəsində okeanda sunami əmələ gəlib. Çili Hərbi-Dəniz Donanması 2,3 metr hündürlüyündə ilk sunami dalğasının zəlzələdən 45 dəqiqə sonra sahilə çatdığını açıqlayıb. Hakimiyyət orqanları sahillərdəki yaşayış məntəqələrinin əhalisinə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq ediblər.

Ölkənin bəzi yerlərində torpaq sürüşmələri də baş verib, bəzi yollar kəsilib. İkike şəhərindəki qadın həbsxanasında cəza çəkən 300 məhbus qaçıb. Hələlik onlardan yalnız 16 nəfəri yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR