Poroşenko Ukraynada keçiriləcək prezident seçkilərində iştirak edəcək

Poroşenko Ukraynada keçiriləcək prezident seçkilərində iştirak edəcək
# 28 mart 2014 22:16 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Poroşenko Vinnitsa şəhərindəki konsertdə bəyan edib.

“Yeni həyat qurmağın vaxtı çatıb. İlk növbədə, biz ölkəmizin suverenliyini müdafiə edən ləyaqətli Silahlı qüvvələri olan dövlət qurmalıyıq. Eyni zamanda, hər bir vətəndaşın hüquq və təhlükəsizliyini qoruyan yeni hüquq-mühafizə orqanları yaratmalıyıq. Vergiləri ödəyən, yeni iş yerləri açmağa qadir işgüzar adamlar üçün münbit investisiya iqlimi yaratmalıyıq. Gənclərə imkan yaratmalıyıq ki, onlar Ukraynada yaşamaları ilə fəxr etsinlər. Buna görə də mən prezident seçkilərində iştirak edəcəyəm”, - deyə Poroşenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR