Rusiyanın Murmansk vilayətində Azərbaycan vətəndaşı ekstremist fəaliyyətdə günahkar bilinib - VİDEO

Rusiyanın Murmansk vilayətində Azərbaycan vətəndaşı ekstremist fəaliyyətdə günahkar bilinib - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 07:47 (UTC +04:00)

APA – nın Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Ü.Cabbarov ekstremist fəaliyyətinə açıq çağırışlar, habelə din amili əsasında bir-birinə bağlı insanlara qarşı fitnəkarlıq və düşmənçiliyin aşılanması maddələri ilə cinayətlərin törədilməsində günahkar bilinib.

İstintaq və məhkəmə tərəfindən müəyyən edilib ki, 2011-ci ilin oktyabrın 31-dən 2012-ci ilin yanvarın 17-dək Ü. Cabbarov internet-klubdan “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində “Cihad” və “İstişhad əməliyyatından öncə bacının müraciəti, Dağıstan Vilayəti” adlı videoçarxları yerləşdirib. Həmin videoçarxlarda din amili əsasında birləşən insanlara qarşı fintəkarlıq və düşmənçilik aşılayan əlamətlər, habelə dinlərarası düşmənçiliyə, yəni ekstremist fəaliyyətə çağırış yer alıb.

2013-cü ilin iyunun 29-da aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Cabbarov saxlanılıb. Həmin gün onun yaşadığı ünvanda axtarış aparılıb, ekstremist mahiyyətli ədəbiyyat, habelə internetə daxil olmaq üçün texniki vasitələr aşkarlanıb.

Məhkəmənin qərarı ilə Ü.Cabbarov 21 ay müddətində islah-əmək müəssisəsində cəzasını çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR