Ötən il icra məmurlarının tələblərini yerinə yetirməyən 305 nəfər barəsində isə cinayət işi başlanıb

Ötən il icra məmurlarının tələblərini yerinə yetirməyən 305 nəfər barəsində isə cinayət işi başlanıb
# 19 fevral 2014 15:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində qeyri-hökumət təşkilatlarının sayı artıb. APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib.

Qeyd olunub ki, ötən il 135 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 138 mətbu nəşr uçota götürülüb. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ü ötüb, KİV-in sayı isə 4.900-ə çatıb.

Müşavirədə o da bildirilib ki, 2013-cü ildə icra işlərinin sayı ötən illə müqayisədə 24% artaraq 205 mini ötüb, onlardan 75%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 110 milyon manata yaxın vəsaitin ödətdirilib. Qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2 min 400 nəfər inzibati məsuliyyətə cəlb olunub, 305 nəfər barəsində cinayət işi başlanıb, 2640 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Həmçinin, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilərək nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verilib və hər bir kəs sayta daxil olub özü ilə bağlı qadağanın olub-olmamasını öyrənə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR