Azərbaycanın sənaye sektorunda çalışanların əmək haqqı 8% artıb

Azərbaycanın sənaye sektorunda çalışanların əmək haqqı 8% artıb
# 25 noyabr 2013 10:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artaraq 182,1 min nəfər təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı 8,2% yüksələrək 642,6 manat olub.

İşçilərin 37,5 min nəfəri mədənçıxarma, 90,9 min nəfəri emal, 30,2 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,5 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha çox artımı emal bölməsində elektrik avadanlıqları, dəri və dəri məmulatları, sair nəqliyyat vasitələri, geyim, qida məhsulları, içki, tikinti materialları, ağac emalı və ağacdan məmulatlar, kağız və karton, mebel, zərgərlik, musiqi, idman və tibb avadanlıqları, rezin və plastmas məmulatların, neft məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 8,2% artaraq 747,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR