İranın raket gücü açıqlanıb - FOTOSESSİYA

İranın raket gücü açıqlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 dekabr 2013 12:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın “Mehr” xəbər agentliyində ölkənin raket texnologiyası ilə bağlı məqalə dərc edilib.

APA-nın məlumatına görə, yazıda İran raketlərinin Avropanın ən uzaq nöqtələrinə, Asiyanın isə 70%-dən çoxuna çatmaq qabiliyyətinə malik olduğu bildirilir. Məqalədə bəzi raketlərin fotoları dərc edilməklə, onlar haqqında ümumi məlumat verilir.

Yazının sonunda isə İranın bütün raketlərinin təsnifatı verilir.

Bunlar “Şəhab 4”, “Şəhab 5”, “Şəhab 6”, “Səcil”, “Səfir” peyki və “Kövsər” layihəsi (uzaqmənzilli ballistik raketlər), “Şəhab 3”, “Fəcr 3”, “Aşura” və “Qədr 110” (ortamənzilli ballistik raketlər), “Şəhab 1”, “Şəhab 2” və “Fəth 110” (qısamənzilli ballistik raketlər), “Xəlice Fars (Fars körfəzi)” (gəmi əleyhinə ballistik raket), “Səmid”, “Tondər 69”, “Zalzal 1”, “Zalzal 2” və “Zalzal 3” (topçu raketlər), “Mehrab”, “Şahin”, “Misaq 1”, “Misaq 2”, “Səyyad 1”, “Şəhab saqib” və “Mersad” (yer-hava raketləri), “Qaem” (helikopter əleyhinə raket), “Saiqə”, “Rəd”, “Tufan”, “Tufan 2”, “Tufan 5”, “Tosən” və “Dəhlaviyə” (tank əleyhinə idarə olunan raketlər), “Nur”, “Kövsər”, “Qader” və “Zəfər” (gəmi əleyhinə raketlər), “Nəsr 1” və “Mesqat (hazırda inkişaf etdirilir)” (Cruise raketləri), “Qiyam” (qanadsız raket), “Şəfəq”, “Şahin 3”, “Star” və “Əsr 67” (hava-yer raketləri), “Fater” və “Səcil” (hava-hava raketləri), “Kose”, “Yasin” və “Hut” (torpedolar) və “Arəş”, “Fəcr 3”, “Fəcr 5”, “Fələq 1”, “Fələq 2”, “Oqab” və “Haseb”-dir (katyuşalar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR