İndoneziya parlamentinin üzvləri Azərbaycana gələcək

İndoneziya parlamentinin üzvləri Azərbaycana gələcək
# 08 noyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İndoneziya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri Bakıya səfər edəcəklər. Bu barədə APA-ya məlumat verən İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto bildirib ki, üç günlük səfər noyabrın 15-dən sonra gözlənilir.

Səfir əlavə edib ki, indoneziyalı deputatlar səfər zamanı Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Milli Məclisin rəhbərliyi ilə görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR