Ukraynanın xarici işlər naziri vəzifəsinə ATƏT sədrinin münaqişələr üzrə keçmiş xüsusi nümayəndəsi Andrey Deşitsanın namizədliyi irəli sürülüb - FOTO

Ukraynanın xarici işlər naziri vəzifəsinə ATƏT sədrinin münaqişələr üzrə keçmiş xüsusi nümayəndəsi Andrey Deşitsanın namizədliyi irəli sürülüb - <span style="color: red;">FOTO
# 27 fevral 2014 08:13 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, xarici işlər naziri vəzifəsinə Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrliyi dövründə fəaliyyətdə olan sədrin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsanın namizədliyi irəli sürülüb.

A. Deşitsa Azərbaycan diplomatik dairələrində yaxından tanınan və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, keçmiş SSRİ ərazisindəki münaqişələr barədə məlumatlı olan təcrübəli diplomatdır. O, XİN-də çalışmasına baxmayaraq, Ukraynada son Maydan hərəkatına açıq dəstək ifadə etmişdi.

A. Deşitsa Lvovda doğulub və 48 yaşı var. İvan Franko adına Lvov Dövlət Universitetini və Kanadanın Albert Universitetini bitirib. Ukraynanın Finlandiya və İslandiyadakı səfiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR