Londonda «Azərbaycan Günü» keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Londonda «Azərbaycan Günü» keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2013 11:40 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, Böyük Britaniyanın dövlət qurumları, EBRD, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbirin məqsədinin Azərbaycanın bu günü, onun sosial-iqtisadi inkişafı, mədəniyyəti, tarixi və musiqisi barədə məlumat vermək olduğunu vurğulayıb. Ş.Mustafayev Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, milli, dini və irqi tolerantlığı ilə seçildiyini, ölkədə siyasi kataklizmlərin mövcud olmadığını, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmədiyini, onların hüquqlarının etibarlı qorunduğunu qeyd edib.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran nazir son 10 ildə ÜDM-in 3,4 dəfə, adambaşına ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulayıb. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5%-ə enib. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70%-dən çoxunu təşkil edir. İqtisadiyyatın diversifikasiyası siyasəti davam etdirilir və artıq qeyri-neft sektoru neft sektorunu üstələyir. Xarici dövlət borcu ÜDM-in 8,3%-ni təşkil edir və strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfəyədək çoxdur. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun «Qlobal Rəqabət Qabiliyyəti İndeksi - 2013-2014» hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlib və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri olan «Standart&Poor's», «Fitch Ratings» və «Moody’s» beynəlxalq iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirib.

Nazir qeyd edib ki, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 mlrd. ABŞ dolları investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici investisiyalardır.

Bildirilib ki, ölkənin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri isə enerji əməkdaşlığı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov ölkə təqdimatı ilə, Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev «Azərbaycanda antikorrupsiya siyasətinin inkişafı» mövzusunda, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf AİŞ tərəfindən həyata keçirilən layihələrə, «Holcim-Azerbaijan» ASC-nin baş direktoru Rossen Papazov şirkətin, «Bakı Gəmiqayırma Zavodu» MMC-in baş meneceri David Loh «Keppel»in, «CNIM Azerbaijan» MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta şirkətin, EBRD-nin Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn isə bankın Azərbaycandakı fəaliyyətinə dair çıxış ediblər.

Tədbir çərçivəsində iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev EBRD prezidenti Suma Çakrabarti və bankın Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Dekam ilə görüşüb, EBRD ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR