Bakının Babək prospektində nəqliyyatın hərəkəti iflic olub - FOTO

Bakının Babək prospektində nəqliyyatın hərəkəti iflic olub - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 22:30 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda yağan yağış paytaxt küçələrində bir sıra fəsadlar yaradıb. APA-nın verdiyi məlumata görə, Babək prospektində nəqliyyatın hərəkəti faktiki olaraq iflic olub.

Su ilə dolmuş yolla hərəkət edən avtomobillərin bəzilərinin mühərriki sönüb və onlar yolda qalıb.

APA müxbirinin verdiyi məlumata görə, paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın hərəkəti çətinləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR