Bakıda əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs döyülərək öldürülüb

Bakıda əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs döyülərək öldürülüb
# 29 noyabr 2013 14:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs döyülərək qətlə yetirilib.

APA-nın məlumatına görə, ötən gün Səbail rayon ərazisindən Klinik Tibbi Mərkəzə yerləşdirilən 1969-cu il təvəllüdlü, əvvəllər bir neçə dəfə məhkum olunmuş Həsən Nəriman oğlu vəfat edib.

İlkin araşdırma zamanı həmin şəxsin döyülərək öldürülməsi ehtimal edilir.

Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Hazırda fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR