ABŞ Avropa Birliyi ilə Ukraynaya maliyyə yardımının ayrılması ilə əlaqədar danışıqlar aparır

ABŞ Avropa Birliyi ilə Ukraynaya maliyyə yardımının ayrılması ilə əlaqədar danışıqlar aparır
# 04 fevral 2014 00:28 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki təsdiqləyib.

“Hazırda biz danışıqların ilkin mərhələsindəyik. Avropa Birliyi və digər tərəfdaşlarla yeni hökumətin təsdiqlənməsindən sonra, BVF-in vasitəçiliyi ilə iqtisadiyyatının sağlamlaşdırılması yolunu tutan Ukraynaya mümkün dəstək ətrafında məsləhətləşmələr aparırıq”, - C.Psaki bildirib.

“Bizim istənilən qərarımız Ukraynada cərəyan edən proseslərdən və yeni hökumətlə məsləhətləşmələrimizdən asılıdır”, - ABŞ rəsmisi əlavə edib.

Analitiklər maliyyə yardımı ətrafında aparılan danışıqlara Qərbin bu ölkəyə təsirini gücləndirmək cəhdi kimi baxırlar.

Qeyd edək ki, bu həftə ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Kiyevə səfəri gözlənilir. Fevralın 4-də isə Avropa diplomatiyasının başçısı Ketrin Eşton Ukraynaya gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR