Qax rayonunda zəlzələdən zərər çəkmiş evlərin sahiblərinə müavinətlərin verilməsinin ikinci mərhələsinə başlanılıb - VİDEO

Qax rayonunda zəlzələdən zərər çəkmiş evlərin sahiblərinə müavinətlərin verilməsinin ikinci mərhələsinə başlanılıb - <span style="color: red;">VİDEO
# 29 yanvar 2014 13:37 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsində 2012 -ci ilin may ayında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Qax rayonunda bərpa-gücləndirməyə ehtiyacı olan evlərin sahiblərinə müavinətlərin verilməsinin ikinci mərhələsinə başlanılıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu mərhələdə Qax rayonu üzrə ümumilikdə 541 nəfərə müəvinət ödəniləcək.

Bu gün Qax rayonu Güllük kəndində də zəlzələdən zərər çəkmiş və yoxlama komissiyaları tərəfindən gücləndirilmiş bərpaya ehtiyacı olan evlərin sahiblərinə ayrılmış müavinətlərin verilməsinə başlanılıb. Güllük kəndində növbəti mərhələdə 43 ailəyə evin tikinti sahəsindən asılı olaraq hər evə 4 000-7 000 manat məbləğində müavinət veriləcək.

Ümumilikdə 3 min yaxın əhalisi olan Güllük kəndində 649 fərdi yaşayış evindən zəlzələdən yararsız hala düşmüş 324 ev Fövqaladə Hallar Nazirliyinin sifarişi ilə yenidən tikilərək sakinlərə təhvil verilib. Daha 40 evin isə tikilməsi nəzərdə tutulub. O cümlədən 300 şagirdlik Güllük kənd tam orta məktəbi, körpələr evi yenidən tikilib, uçmuş həyətyanı hasarların inşası üçün isə əhaliyə 380 ton sement paylanıb.

Daha bir məktəb binası əsaslı təmir olunub. Əlavə olaraq akt və idman zalı tikilən məkətb şagirdlərin istifadəsinə verilib. Kənd mədəniyyət evinin, icra nümayəndəliyinin inzibati binasının, dördqruplu körpələr evinin və kənd məscidinin isə əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, FHN tərəfindən ayrılmış müavinətləri sakinlərə “Azərpoçt”un xüsusi səyyar qrupları paylayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR