Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib - FOTO

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib - <span style="color: red;">FOTO
# 02 may 2014 12:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Samir Zakir oğlu Ömərovun idarə etdiyi “90-DG-095” dövlət nömrə nişanlı, “Opel” markalı avtomobillə, Kənan Sakit oğlu Kazımovun idarə etdiyi “99-GK- 708” dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobilləri toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR