Sergey Lavrov: “İran uranın zənginləşdirilməsi prosesini dayandırmağa hazırdır”

Sergey Lavrov: “İran uranın zənginləşdirilməsi prosesini dayandırmağa hazırdır”
# 19 iyun 2013 10:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran rəhbərliyi uranın 20% zənginləşdirilməsi prosesini dayandırmağa hazırdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin buna müvafiq cavab verməsi lazımdır. S.Lavrov deyib ki, İranın uranın 20% zənginləşdirilməsi prosesini dayandırması gərginlikləri azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR