Azərbaycan prezidenti İsveç kralını təbrik edib

Azərbaycan prezidenti  İsveç kralını təbrik edib
# 05 iyun 2014 17:52 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İsveç kralı XVI Karl Qustava İsveçin Milli günü münasibətilə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Ölkənizin Milli günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsveç arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR