Lerikdə yenidən torpaq sürüşməsi baş verib - VİDEO

Lerikdə yenidən torpaq sürüşməsi baş verib - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2013 18:39 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 26-da rayonun Livədirgə kəndində qeydə alınıb. Bir neçə fərdi yaşayış evinin yerləşdiyi ərazidə baş verən torpaq uçqunu yerli sakinləri təşvişə salıb. Ən təhlükəli vəziyyət kənd sakini Famil İsayevə məxsus fərdi evin ərazisində müşahidə olunub. Belə ki, sürüşən torpaq qatı evi əhatə etdiyindən ailənin 3 nəfərlik üzvü qohumalrının evinə köçürülüb. Mirsaleh İbrahimova, Mirəziz İsayevə məxsus fərdi evlər də yaşamaq üçün mümkünsüz olub.

Yerli icra strukturlarının nümayəndələri hadisə yerinə gələrək əraziyə baxış keçiriblər. Lerik RİH başçısının Livədirqə ərazi vahidliyinin nümayəndəsi Davud Manafovun sözlərinə görə, sözü gedən evlərin yaşayış üçün təhlükəli olması barədə müvafiq qurumlara məlumat verilib.

Qeyd edək ki, Livədirqə kəndindəki sürüşmə zonası hazırda 5 fərdi yaşayış evinin olduğu 0,5 hektar ərazini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR