Azərbaycanda 13 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunub

Azərbaycanda 13 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunub
# 30 oktyabr 2013 14:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda 13 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunub.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.


Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyinə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR