® «PAŞA Sığorta» şirkəti Mərkəzi Bankın tenderində qalib gəlib

<font color=red>® </font>«PAŞA Sığorta» şirkəti Mərkəzi Bankın tenderində qalib gəlib
# 04 noyabr 2013 13:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan «PAŞA Sığorta» şirkəti Azərbaycan Mərkəzi Bankının balansında olan vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması məqsədilə təşkil edilmiş açıq tenderdə əmlakın icbari və könüllü sığortası, nağd pulun sığortası üzrə qalibi elan olunub. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, gələn il Mərkəzi Bankın balansında olan bütün əmlak və nağd pul vəsaitlərinin sığortalanmasını «PAŞA Sığorta» şirkəti həyata keçirəcək.

Məlumatda deyilir ki, son bir ildə ötən ilə nisbətən əmlak sığortasına maraq kəskin artıb. Əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə ümumi bazarda yığımlar ötən illə müqayisədə 50%, sentyabr ayında isə 217% artıb. Bu sığorta növü «PAŞA Sığorta»nın ümumi yığımlarında 83% artım nümayiş etdirib. İcbari əmlak sığortası üzrə yığımlarda da ötən illə müqayisədə 25% artım göstərir ki, son dövrdə əmlak sığortasına tələbat artır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holdinq» qrupunun üzvü olan «PAŞA Sığorta» korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 40 mln. manat və cari aktivlərinin dəyəri 73 mln. manat olan «PAŞA Sığorta» kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider üçlükdə öz mövqeyini gücləndirib.

«PAŞA Sığorta» şirkəti və sığorta xidmətləri haqqında daha ətraflı məlumat almaq üçün www.pasha-insurance.az internet səhifəsinə və ya Sığorta Məsləhət Xəttinə (korporativ müştərilər üçün (050/055) 263 88 08) və fərdi müştərilər üçün (050/055) 227 88 00 nömrəli telefon vasitəsilə) müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR