Moskvada silahlı basqında iştirak edən Azərbaycan vətəndaşlarının şəxsiyyəti məlum olub

Moskvada silahlı basqında iştirak edən Azərbaycan vətəndaşlarının şəxsiyyəti məlum olub
# 09 iyun 2014 15:21 (UTC +04:00)

Basqında iştirak edən Azərbaycan vətəndaşları aşağıdakılardır: Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Seyidov Cavid Mehdi oğlu, Göygül rayon sakini, 1972-ci il Məmmədov Nadallah Paşa oğlu, Gəncə şəhəri sakinləri - 1969-cu il təvəllüdlü Verdiyev Seymur Qüsrət oğlu, 1973-cü il təvəllüdlü Həsənov Ülvi Namaz oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlov Orxan Rasim oğlu və Ağcabədi rayon sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rüstəm Cahid oğlu. Onların üzərindən müxtəlif sayda odlu və soyuq silah aşkar edilərək götürülüb.

Qeyd edək ki hadisə iyunun 5-də baş verib. Altı Azərbaycan vətəndaşı paytaxtın Andropov prospekti ev 29, korpus 2 ünvanında yerləşən “Forema Kuxni” firmasına silahlı basqın edib. Onlar içi pulla dolu olan dəmir seyfi aparmağa cəhd göstəriblər. Olay zamanı içəridə bir yükdaşıyan Dağıstan sakini kişi və iki qadın var imiş. Onlar hadisə barədə dərhal polis xəbər veriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı basqında iştirak edən Azərbaycan vətəndaşlarını yaxalayıblar. Hazırda faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR