Məhkəmə Əmrə Belözoğlu barəsində həbs qərarı verib - VİDEO

Məhkəmə Əmrə Belözoğlu barəsində həbs qərarı verib - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 06:55 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, futbolçu “idmanda din, dil, irq, etnik kök, cinsiyyət və ya məzhəb fərqini büruzə verən hərəkətdə” günahkar bilinib.

Türkiyə mətbuatının məlumatına görə, Əmrə Belözoğlu “Fənərbaxça” və “Trabzonspor” arasındakı oyun zamanı rəqib komandanın futbolçusu Didye Zokoranı təhqir edib. Zokoranın vəkili məhkəməyə müraciət edərək, Əmrə barəsində irqçi baxışlarına görə cinayət işi qaldırılmasını istəyib.

Maraqlıdır ki, Əmrə baş verən olaydan dərhal sonra qatıldığı televiziya proqramında söylədiyi sözü etiraf edib. Amma səhəri gün mətbuat konfransında bunun ona qarşı böhtan olduğunu bildirib.

Məhkəmə tərəfləri dinlədikdən sonra Ə. Belözoğlu barəsində 2 ay 15 günlük həbs qərarı çıxarıb. Amma futbolçunun bundan əvvəl belə bir cinayət işləmədiyi nəzərə alınaraq və bir daha belə hərəkətə yol verməyəcəyi qənaətinə gəlinərək, cəzanın çəkilməsi təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR