“Azəryol” yeni baş məşqçi gətirir

“Azəryol” yeni baş məşqçi gətirir
# 28 dekabr 2013 14:45 (UTC +04:00)

Bakı – APA. “Azəryol” 2014-cü ilə yeni baş məşqçi ilə başlaya bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb Bakı klubunun çalışdırıcısı Ancelo Vercesinin Xorvatiya millisinin “sükanı arxasına” keçməsidir.

Belə ki, mövsümün əvvəlində komandamızın baş məşqçisi təyin olunan 46 yaşlı braziliyalı özü də yanvardan ölkəmizdən getmək niyyətindədir. Ancaq məsələ hələ açıq qalıb. Bunun üçün Xorvatiya Voleybol Federasiyasının “Azəryol” rəhbərliyi ilə danışıqlar masasına oturmağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, “Azəryol” bu il Çempionlar Liqasında qrupda qalaraq, mübarizəni CEV kubokunda davam etdirəcək. Komanda Super Liqada isə 3-cü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR